Gündəm / Cəmiyyət
01 noyabr 2021
38
Rüsumlarla bağlı dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə edildi
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Unikal.org-un xəbərinə görə, toplantının gündəliyinə 3 məsələ daxil edilib.
“Dövlət rüsumu haqqında” qanun layihəsi (birinci oxunuş), Su Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi (birinci oxunuş) və “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş) müzakirə olunub.
Müzakirələrdən sonra layihələr səsverməyə çıxarılaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.
Daha çox xəbər:
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb
SiyasətDeputatlar bu gün 8 məsələni müzakirə edəcək
SiyasətMilli Məclisin növbəti iclası təxirə salındı
SiyasətMilli Məclisin iclasının gündəliyinə 6 məsələ daxil edilib
Gündəm / SiyasətBu gün deputatlar 15 məsələni müzakirə edəcəklər
Gündəm / Siyasət