Gündəm / Siyasət
06 noyabr 2021
43
Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
"Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin yaradılması üçün geniş üfüqlər açılır".
Bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panel müzakirələrində çıxışı zamanı deyib.
O bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsinin bəzi hissələrində yerləşdirilməsi Moskva qarşısında yeni məsuliyyətlər qoyur: "Laçın dəhlizinin istifadəsində problemlər axtarılır. Bəzən hansısa provakasiyalara şahidlik edirik. Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Orada işlər tez zamanda başlamalıdır. İmzalanacaq sülh müqaviləsində də bu əksini tapmalıdır".
B.Yıldırım qeyd edib ki, Türkiyə münaqişənin həllində regional ölkələrlə intensiv iş aparır: "Biz yeni platforma təklif edirik. Buraya Azərbaycan, Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran daxildir. Biz bu ölkələrə əməkdaşlıq təklif edirik. Bu platformanın həyata keçirilməsi regiona çiçəklənmə, inkişaf gətirəcək. Münaqişənin bitməsinə Türkiyə səy göstərib. Bu regionun bir tərəfdən Mərkəzi Asiyaya, digər tərəfdən Avropaya bağlanmasına çalışırıq".
Daha çox xəbər:
Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Gündəm / DünyaBinəli Yıldırım: “Yeni oyunçuların ortaya çıxmasını dərk edirik”
Gündəm / DünyaPrezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Gündəm / Siyasət“Zəngəzur dəhlizinin açılmasında həm Rusiya, həm də Türkiyə maraqlıdır” - MÜSAHİBƏ
Gündəm / SiyasətBinəli Yıldırım Şamaxıda oldu
Gündəm / Siyasət