Gündəm / Siyasət
06 noyabr 2021
26
"Qarabağ Azərbaycanın daxili işidir" - Hikmət Hacıyev
"Qarabağ münaqişəsinə artıq son qoyulub, artıq Qarabağ Azərbaycanın daxili işidir".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevsözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə bildirib.
Prezidentin köməkçisi deyib ki, ATƏT-in həmsədrlərinin göstərdikləri səylər nəticə vermədi. Azərbaycan uğurlu əməliyyat nəticəsində ərazilərini tamamilə işğaldan azad etdi. İndi Cənubi Qafqazda yeni vəziyyət formalaşır. Azərbaycan Cənubi Qafqazda Gürcüstanla birgə layihələr həyata keçirir, Ermənistanın da bu prosesə qoşulmasını istəyir.
“Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat əlaqələrinin bərpasını təmin edəcək. Azərbaycan Ermənistana sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasını, sülh müqaviləsinin imzalanmasını istəyir”, - deyən Hikmət Hacıyev əlavə edib ki, Fransa ilə Almaniya arasında olduğu kimi, Azərbaycanla Ermənistan arasında da sülh müqaviləsi imzalanmasını istəyirik.

Daha çox xəbər:

Hikmət Hacıyev məcburi köçkünlərin öz evlərinə qayıtmasından DANIŞDI
Gündəm / Siyasət
Hikmət Hacıyev: Ermənistanın mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir
Gündəm / Siyasət
Multimedia Hikmət Hacıyev: “Ad günün mübarək, Nigar”
Gündəm / Cəmiyyət / Hadisə
KA Hikmət Hacıyevdən Polad Bülbüloğlunun Qarabağ açıqlamasına sərt REAKSİYA
Siyasət
Multimedia Prezidentin köməkçisi: "Azərbaycan Ordusu irəliləyir"
Gündəm