Gündəm / Hadisə
09 noyabr 2021
20
DTX və DİN birgə ƏMƏLİYYAT KEÇİRDİ
Cəlilabad rayon sakinindən narkotik və silah-sursat götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ləkin kənd sakini N.İmanov saxlanılıb.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 15,465 qram heroin, 10,335 qram metamfetamin, 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 2 ədəd patron və 2 ədəd gecəgörmə cihazı aşkar edilərək götürülüb.
Daha çox xəbər:
Polis 4 rayonda əməliyyat keçirdi: Həbs olunanlar var - RƏSMİ
GündəmAstarada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan 3 nəfər rayon sakini saxlanıldı
GündəmDTX və DİN Ağdamda ƏMƏLİYYAT KEÇİRDİ
Gündəm / HadisəPolis 60 kq narkotiki ələ keçirdi
GündəmBakıda üzərində silah və narkotik gəzdirən şəxs həbs olunub
Hadisə