Gündəm / Cəmiyyət
15 noyabr 2021
27
Bu gündən istilik verilir
Bu gündən Bakı şəhəri və digər ərazilər üzrə istiliyin verilməsinə başlanılır.
Bu barədə “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.
O bildirib ki, artıq dünəndən “Azəristiliktəchizat” tərəfindən qazanxana və istilik mərkəzlərinin işə salınması ilə bağlı ərazilərə xidmət göstərən istilik-istismar müəssisələrinə göstəriş verilib: “Dünən səhərdən qazanxanaların işə salınmasına başlanılıb. Əlavə olaraq bildirirəm ki, havaların soyuq keçməsi ilə əlaqədar olaraq internat məktəbləri, bəzi xəstəxanalara, sosial obyektlərə vaxtından əvvəl istiliyin verilməsi ilə bağlı müraciət edilmişdi. Onların qazanxanaları artıq işləyirdi. Digər qazanxanaların da bu gün qrafikə uyğun olaraq gün ərzində işə salınması təmin olunacaq. Ümumilikdə qurumun 559 qazanxana və 90 istilik məntəqəsi bu gündən normal rejimdə çalışacaq”.

Daha çox xəbər:

Bu gündən vaksinasiya ilə bağlı “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır
Gündəm / Cəmiyyət
Alimlər: İstilik qazları fəlakətə səbəb ola bilər
Gündəm / İqtisadiyyat
İcazə xidməti ilə bağlı mühüm yenilik - Bu gündən qüvvəyə minir
Cəmiyyət / Sosial
Bu gündən şagird yerdəyişməsinə start verilir - Diqqət!
Gündəm / Təhsil
Bu gündən Azərbaycanda məktəblər açılır
Gündəm / Cəmiyyət