Gündəm / Dünya
15 noyabr 2021
47
Hindistan Rusiyadan aldığı “S-400”ləri Pakistanla sərhəddə yerləşdirəcək
Hindistan Rusiyadan alacağı “S-400” zenit-raket sistemlərinin ilk alayını Pakistanla sərhəddə yerləşdirmək niyyətindədir.
Milliinfo.az “The Economic Times”a istinadən xəbər verir ki, Hindistan sözügedən sistemin bir hissəsini ölkənin Pakistanla qərb sərhədləri yaxınlığında yerləşdirəcək və burada həm Pakistan, həm də Çindən gələn təhdidləri dəf edə biləcək.
Qeyd edək ki, Hindistan Rusiyadan “S-400” almaq niyyətini 2015-ci ildə bəyan edib. “Triumf” zenit-raket komplekslərinin 5 alayının Hindistana tədarük edilməsi ilə bağlı müqavilə 2018-ci ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri zamanı imzalanıb.
Hindistan Çin və Türkiyədən sonra Rusiyadan bu kompleksləri alan üçüncü xarici alıcı olub.
Daha çox xəbər:
ABŞ Hindistanın Rusiyadan S-400 almasından narahatdır
Gündəm / CəmiyyətBu silah Türkiyəyə verilmədiyi üçün əvəzində S-400 alır
Gündəm / CəmiyyətTürkiyə ABŞ-dan 40 ədəd "F-16" almaq üçün müraciət edib
Gündəm / CəmiyyətMüdafiə Nazirliyi: Düşmənin “S-125” zenit raket kompleksi sıradan çıxarılıb
GündəmRusiyadan Azərbaycana gətirilən kartofda zərərverici aşkarlandı
Gündəm / Cəmiyyət