Gündəm / Sosial
15 noyabr 2021
35

Zəfər Günü videosu yayılan əsalı şəxsin müharibədə yaralanmadığı məlum oldu - Video

Zəfər Günü videosu yayılan əsalı şəxsin müharibədə yaralanmadığı məlum oldu - Video

Zəfər günü Dənizkarı Milli Parkda təşkil edilən atəşfəşanlıq zamanı bayramı qeyd edən insanların içərisində əsa ilə gəzən və fişəng səslərinin ona pis təsir etdiyi görüntüsünü yaradaraq özünü qazi kimi təqdim edən şəxslə bağlı araşdırma aparılıb.

Milliinfo.az xəbər verir ki, həmin görüntülərdə hərbi formada və əsa ilə gəzən şəxsin fişəng səslərindən narahat olduğu və başını tutaraq aşağı əyilib hərəkət etdiyi görünür.

Bu video sosial şəbəkələrdə geniş yayılıb və insanlarda qazilərlə bağlı nigaranlıq yaradıb. Lakin məlum olub ki, həmin şəxs Vətən müharibəsində iştirak etsə də, aktiv döyüşlərə qatılmayıb. Onun tanışları olan və müharibədən qazi kimi dönən şəxslər də video yayaraq həmin şəxsin atışmalarda iştirak etmədiyini, buna görə də hər hansı xəsarət almadığını bildiriblər.

Qeyd olunub ki, özünü qazi kimi təqdim edən bu şəxs torpaqlar işğaldan azad edildikdən sonra müdafiə məqsədi ilə cəbhə xəttindən bir neçə kilometr aralıda xidmət aparıb. Həmçinin, ümumiyyətlə, yaralanmadığı, ayağında heç bir problem olmadığı məlum olub. Zəfər günü əsadan istifadə etməsinin də görüntü üçün olduğu bildirilir.