Gündəm / Hadisə
20 noyabr 2021
25
Daha bir hərbçimiz Zəngilanda MİNAYA DÜŞDÜ
Noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.
Daha çox xəbər:
ANAMA əməkdaşı minaya düşdü - YENİLƏNİB
Gündəm / HadisəMultimedia Füzulinin işğaldan azad olunan ərazisində iki qardaş minaya düşüb, ölən var
Gündəm / HadisəXocalıda iki nəfər MİNAYA DÜŞDÜ
HadisəFüzulidə şirkət əməkdaşının minaya düşməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
Gündəm / HadisəAzərbaycanda dəhşətli hadisə - 2 yaşlı uşağı başına vura-vura öldürdülər
Gündəm