Gündəm / Cəmiyyət
23 noyabr 2021
26
Tahir Kərimli spikerdən ÜZR İSTƏDİ
Deputat Tahir Kərimli parlamentin ötən dəfə keçirilən iclasında Milli Məclisin avtomobil parkının yenilənməsi ilə bağlı çıxışına görə spiker Sahibə Qafarovadan və xalqdan üzr istəyib.
Tahir Kərimli qeyd edib ki, o, çıxışında yanlış məlumatlara əsaslanıb:
"Məlum oldu ki sürücülərin əməkhaqqı kəsilməyib. Onlar üçün hətta kurs da təşkil edilib. Sənədlərdə gördüm ki, Milli Məclisdə xeyli sayda insan yüksək vəzifələrə çəkilib. Bir neçə adama COVID-19-la bağlı 500 manat yardım edilib.
Xüsusilə Milli Məclis rəhbərliyinin fəaliyyəti göz qabağındadır. Mən onun xaricilərlə bir neçə dildə necə danışdığının şahidi olmuşam. İndiki dövrdə mənzil məsələsini qaldırmağım düzgün deyildi. Ona görə dönə-dönə Milli Məclis sədrindən və xalqdan üzr istəyirəm. Mən hesab edirəm ki, cəzamız qınaqlarla verilib".
Spiker Sahibə Qafarova isə gələn dəfə yanlış, təsdiqini tapmayan məlumatlarla Milli Məclisdə diskussiya aparmamağı təklif edib.
Daha çox xəbər:
"Deputat olmaq böyük şərəfdir" - Sahibə Qafarova
Gündəm / CəmiyyətŞəhid ailələrinin üzvləri və qazilər Milli Məclisdə işə götürüləcək
Gündəm / SiyasətHostel yoxsa əxlaqsızlıq yuvası? - Milli Məclisdə MÜZAKİRƏ
HadisəZelenski müsəlmanlardan üzr istədi
DünyaMilli Məclis Müstəqillik Günü ilə bağlı layihəni sabah II oxunuşda müzakirə edəcək
Gündəm / Siyasət