Gündəm / Cəmiyyət
24 noyabr 2021
20
“Atamın ev muzeyinin bərpasında fəhlələrə kömək edirdim" - Polad Bülbüloğlu
"Mən çox xoşbəxtəm ki, bu günləri gördüm və özüm də iştirakçısı oldum. Atamın ev muzeyi bərpa edilərkən çox böyük həvəslə, səhərdən axşamadək fəhlələrin yanında oldum. Orada hər qurulan lap xırda daşı, məsələni də çox böyük həvəslə özüm həll edirdim, izləyirdim, kömək edirdim. Bu, mənim üçün çox xoş idi”.
Bu fikirləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında bildirib.
O, müharibədən sonra quruculuq işləri çox böyük sürətlə getdiyini açıqlayıb:
“Moskvada da mənə sual verirlər ki, “necə ola bilər ki, o boyda beynəlxalq hava limanı cəmi 8 aya tikilib?” Doğrudan da, bu, böyük möcüzədir.
Mən özüm avtomobil sürməyi çox sevirəm. Şuşaya özüm sükan arxasında gedib-gəlirəm. Bu yolun tikilməsi demək olar ki, gözümün qarşısında mərhələ-mərhələ həyata keçirilib, 8-9 aya dağların ətəyində asfalt yol salınıb. Bir var bunu televizayadan izləyəsən, bir də var ki, özün gözlərinlə görəsən, ayağınla gəzəsən. Çox böyük zövq alırsan ki, sənin dövlətin, sənin Prezidentin böyük işlər görür və bu işlər uğurla həyata keçirilir”.
Daha çox xəbər:
"Mənim üzərimdə onun bədən hissələrindən var idi", - Qazimiz yaşadığı DƏHŞƏTLƏRDƏN DANIŞDI
GündəmSamirə 2-ci dəfə ərə gedir: "İmkanlı şəxs və iş adamıdır"
ŞouEstetik əməliyyatla dəyişən azərbaycanlı məşhur xanımın toy görüntüləri şok etdi
Şou“Mən bu məsələni həll etmişəm, vəssalam!”
Gündəm / SiyasətPrezidentin Xankəndi ilə bağlı çıxışının - Videosu
Gündəm / Siyasət