Gündəm / Cəmiyyət
26 noyabr 2021
32

Əli Kərimli ilə Əli İnsanovun görüşü birmənalı qarşılanmadı - Video

Əli Kərimli ilə Əli İnsanovun görüşü birmənalı qarşılanmadı - Video

Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov yenidən gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, ötən ay partiyası qeydiyyata alınan sabiq nazir bu dəfə müxalifət partiyalarının liderləri ilə görüşüb.

Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşən Ə.İnsanov daha sonra AXCP sədri Əli Kərimli ilə söhbətləşib. Sözügedən görüş isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Maraqlıdır ki, görüşlə bağlı Əli Kərimli səhifəsində heç nə paylaşmayıb.

Tanınmış jurnalist Xədicə İsmayıl da fotoya ironik yanaşması ilə fərqlənib. O, “avtobusa minsələr, bundan yaxşı idi” şərhi ilə sözügedən fotonu sosial şəbəkə hesabında paylaşıb.