Gündəm / Şou
29 noyabr 2021
31
SOCAR-dan benzinlə bağlı AÇIQLAMA
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yanacaq istehsalını beynəlxalaq standartlara uyğun optimallaşdırır.
Bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bu gün Bakı Neft Emalı Zavodunda təşkil olunmuş mediatur zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda benzin və yanacağın keyfiyyəti dövlət orqanları tərəfindən yoxlanılır, yanacaqdoldurma məntəqələrində aparılmış yoxlamalar zamanı daxili standartlarla bir sıra uyğunsuzluqlar aşkar edilib.
"Bu pozuntular yanacağın saxlanması ilə bağlıdır. İstisna olunmur ki, yanacağa bəzi qatqılar əlavə edilir. Zavodumuzda istehsal olunan Aİ-92 benzini Azərbaycanda mövcud olan norma və standartlara cavab verir. Bundan başqa, biz NEZ-də istehsal olunan məhsulun beynəlxalq standartlara cavab verməsinə çalışırıq. Bunun üçün zavodun modernləşdirilməsi işləri davam edir", - deyə o, bildirib.
İ.Əhmədov qeyd edib ki, Azərbaycanda AVRO-5 standartlı yanacaq istehsalının işə düşməsindən sonra bu yanacaqla işləyən avtomobillərin sayı arta bilər.
Daha çox xəbər:
“Potensial təhlükələr nəzərə alınır” - SOCAR-dan palçıq vulkanları ilə bağlı AÇIQLAMA
CəmiyyətBenzinin qiyməti niyə bahalaşdı? - SOCAR-dan AÇIQLAMA
Gündəm / İqtisadiyyat“Azərikimya”nın zavodunda yanğın baş verib
Gündəm / HadisəSOCAR 2007-2019-cu illərdə İndoneziyaya 25,1 milyon ton neft təchiz edib
İqtisadiyyat"Hökumət SOCAR-a nəzarəti həmişə əlində saxlamaqda maraqlı olacaq"
Siyasət / İqtisadiyyat / Sosial