Gündəm / Cəmiyyət
02 dekabr 2021
43
Azərbaycan PUA-ları havaya qaldırıldı - VİDEO
Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq Bayraktar pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Döyüş atışlı təlim-məşq uçuşlarında digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilərək dəqiq zərbələrlə məhv olunub.
Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilib. Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə PUA operatorları tapşırıqları uğurla yerinə yetiriblər.

Daha çox xəbər:

HHM təlim-döyüş tapşırıqlarının icrası məqsədilə mövqe rayonlarını tutublar
Siyasət
Azərbaycan Ordusunun minaatan batareyaları döyüş atışları icra edir - VİDEO DİNLƏ
Siyasət
Azərbaycan-Türkiyə birgə təlimləri davam edir: Təyyarələr havaya qaldırıldı (VİDEO)
Gündəm / Siyasət
Düşmənin Mingəçevir istiqamətində uçuşa cəhd edən PUA-sı məhv edilib
Gündəm / Hadisə
Düşmənin növbəti PUA-sı məhv edildi - RƏSMİ
Gündəm