Gündəm / Cəmiyyət
03 dekabr 2021
33
Gələn ilin büdcəsi III oxunuşda qəbul edildi - YENİLƏNİB
Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında "2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.
*** 11:15
Bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsi müzakirə edilir.
"Unikal" xəbər verir ki, bu gün keçirilən iclasın gündəliyinə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (üçüncü oxunuş) qanun layihəsi daxil edilib.
Layihəyə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 874 497,0 min manat, yerli gəlirləri 941 503,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri 978 959,0 min manat) məbləğində təsdiq edilməsi təklif olunur.
Daha çox xəbər:
Milli Məclisin plenar iclaslarında gələn ilin büdcəsinin müzakirəsi başlayır - Bu gündən
Gündəm / SiyasətDeputatlar və hökumət üzvləri yenidən büdcə müzakirəsinə TOPLAŞIRLAR
Gündəm / SiyasətMaskadan istifadə etməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimələnəcək
Cəmiyyət / SosialParlamentdə 3 günlük büdcə müzakirəsi başlayır
Gündəm / SiyasətGələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil oldu
Gündəm / Siyasət