Gündəm / Hadisə
04 dekabr 2021
20
O dəhşətli gündən 6 il keçdi...
Bu gün “Günəşli” neft yatağında baş vermiş faciədən 6 il ötür.
2015-ci ilin dekabrın 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. Ötən ilin may ayında daha 3 neftçinin cəsədi dənizdən tapılıb.
Qeyd edək ki, qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib. Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.
Rəsmi açıqlamada hadisənin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunun qırılması səbəbindən baş verdiyi bildirilib. Nəticədə, boru kəməri zədələnib və şiddətli yanğın baş verib.
Həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında abidə ucaldılıb.
Daha çox xəbər:
Neft Fondu cari ildə “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 1,9 milyard dollar qazanıb
İqtisadiyyatDƏHŞƏTLİ YANĞIN: Meşədə 9 hektar...
HadisəTƏLƏBƏLƏRİN BİNASINDA dəhşətli hadisə: 5 ölü, 38 yaralı
HadisəAzərbaycanda dəhşətli yanğın- 5 otaqlı ev külə döndü
HadisəBakı metrosunda tarixin ən ölümcül qatar fəlakətindən 26 il ötür
Gündəm / Cəmiyyət