Gündəm
05 may 2019
73
Azərbaycanda bir gündə 5 nəfər bu səbəbdən öldü - DAHA 17 YARALI VAR

Şənbə günü Azərbaycanda avtomobil yollarında baş vermiş ağır yol qəzaları nəticəsində 5 nəfər həyatını itirib.
Mayın 4-də Respublika yollarında ümumilikdə 15 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həyatını itirən şəxslərdən başqa daha 17 nəfər də xəstəxanalara çatdırılıb.
Baş vermiş 15 hadisədən 4-də ölüm qeydə alınıb. Belə ki, Cəlilabad rayonu ərazisində "Hyundai" markalı avtomobilin aşması nəticəsində 2 nəfər dünyasını dəyişib. Samuxda da minik avtomobilinin aşması təlafatla nəticələnib. Sabirabadda baş vermiş oxşar hadisədə isə bir nəfər ölüb, daha 2 nəfər isə xəsarət alıb. Bakının Səbail rayonlarında isə piyada yol qəzasının qurbanı olub.
Hər bir faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.(publika)

Daha çox xəbər: