Gündəm / Cəmiyyət
09 dekabr 2021
31
Kəlbəcərdəki mövqelərimiz düşmən atəşinə məruz qalıb, hərbçimiz şəhid olub
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Daha çox xəbər:

Düşməndən növbəti TƏXRİBAT - Kəlbəcərdə hərbi qulluqçumuz şəhid oldu
Gündəm / Hadisə
Azərbaycan Ordusunun 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb - SİYAHI
Gündəm / Cəmiyyət
Ermənistan yenidən Kəlbəcərdə təxribat törətdi - İki hərbçimiz yaralandı
Sosial
2 Şəhid, 5 yaralımız var – Azərbaycan MN
Gündəm
Azərbaycan Ordusu düşmənin dayaq məntəqəsini belə darmadağın etdi
Gündəm