Gündəm / Cəmiyyət
09 dekabr 2021
31
Baş nazir qərar imzaladı
"ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə "ASAN müraciət” informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə "Dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu”na Keçid Planı”nda müəyyən edilən keçid dövrü nəzərə alınmaqla, "ASAN müraciət” informasiya sisteminin "Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görməlidir.
"ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların Siyahısı”nda qeyd olunan dövlət orqanlarına (qurumlarına) tapşırılıb ki, həmin Əsasnamə ilə müəyyən edilmiş funksiyalarının həyata keçirilməsini təmin etmək məqsədilə 2 (iki) ay müddətində müvafiq tədbirlər görməlidirlər.
Daha çox xəbər:
“ASAN Xidmət”ə yeni səlahiyyətlər verildi
İqtisadiyyatAzərbaycanda Yerüstü Nəqliyyat Agentliyi yaradıldı
Gündəm / İqtisadiyyatSərtləşdirilmiş Xüsusi Karantin Rejimində KİV-lərin fəaliyyətinə dair Operativ Qərargahın məlumatı
Gündəm / Cəmiyyət / SosialPrezident növbəti “ASAN xidmət”in açılışında - Fotolar
Gündəm / Siyasət“ASAN Könüllüləri” Təşkilatı “Coca Cola Fondu” ilə birgə sosial yardım layihəsinə başlayır
Cəmiyyət / Sosial