Gündəm / Siyasət
13 dekabr 2021
37
İlham Əliyevə "Qarabağ" klubunun forması hədiyyə olundu - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevə "Qarabağ" futbol klubunun forması hədiyyə olunub.
Hədiyyəni dövlət başçısına dekabrın 13-də klub prezidenti Tahir Gözəl təqdim edib.
Belə ki, 10 nömrəli formanın üzərində Azərbaycan Prezidenti İlham Əliyevin ad və soyadı yazılıb.
Bundan əlavə, dövlət başçısına UEFA Konfrans Liqasının topu da təqdim edilib.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib.


Daha çox xəbər:

“Qarabağ” Konfrans Liqasında növbəti matçına çıxır
İdman
Azərbaycanda futbol klubu təcili yardım nümayəndəsinə görə cəzalandırıldı
İdman
Prezident Rafiq Nəsirova ev hədiyyə etdi - FOTO
Gündəm / Siyasət
Bu gün “Qarabağ”ın avrokubok matçı var
Gündəm / İdman
“Bazel” – “Qarabağ” matçının hakimləri bəlli oldu
İdman