Gündəm / Cəmiyyət
20 dekabr 2021
38
Helikopter qəzası ilə bağlı cinayət işi üzrə ilkin nəticələr açıqlanacaq
Noyabrın 30-da hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələr bu gün açıqlanacaq.
Milliinfo.az xəbər verir ki, bu gün Baş Prokurorluqda bununla bağlı brifinq keçiriləcək.
Baş Prokurorluqdan bildirilib ki, brifinqdə baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi, baş ədliyyə müşaviri Nemət Əvəzov, Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri, Sənan Paşayev, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, ədliyyə müşaviri Tural Aslanov, Mətbuat xidmətinin rəhbəri, kiçik ədliyyə müşaviri Günay Səlimzadə jurnalistlərin suallarını cavablandıracaq.
Daha çox xəbər:
Fikrət Məmmədov polkovnikin vəzifəsini KİÇİLTDİ
Gündəm / CəmiyyətBaş prokurordan qəzaya uğrayan helikopterlə bağlı AÇIQLAMA
Gündəm / CəmiyyətPutin İstintaq Komitəsi sədrinin müavinini vəzifədən uzaqlaşdırıb
DünyaKamran Əliyev Baş prokuror vəzifəsinə təyin edildi - SƏRƏNCAM 1 May, 2020 13:43 472
Siyasət / CəmiyyətPrezident bu nazirə yüksək rütbə verdi - SƏRƏNCAM
Gündəm / İqtisadiyyat