Gündəm / Dünya
22 dekabr 2021
78
Ramzan Kadırov Ərdoğanı hədələdi
Türkiyənin Kocaeli bölgəsində Çeçenistanın ilk prezidenti Cövhər Dudayevin adına park açılması Ramzan Kadırovu özündən çıxarıb.
Milliinfo.az xəbər verir ki, Kadırov Türkiyə prezidentinin ünvanına sərt fikirlər səsləndirib. O, Ankaranı çeçen ‘terrorçulara’ qucaq açmaqda ittiham edib:
”Ərdoğana səslənirəm, ya Rusiya ilə səmimi münasibətlər qur, ya da bir dəfəlik elan et ki, sənin ölkən terroru dəstəkləyən dövlətdir!”
Kadırov Türkiyənin geri addım atmayacağı təqdirdə Qroznının mərkəzindəki parklardan birinə Abdulla Öcalanın adını verəcəyini bildirib.
Qeyd edək ki, Cövhər Dudayev 90-cı illərdə Rusiyaya qarşı Çeçenistanın azadlıq mübarizəsi lideri və ölkənin ilk prezidenti olub. Çeçenistanda azadlıq mübarizəsi yatırıldıqdan sonra hakimiyyətə gətirilən Kadırovlar ailəsi ona düşmən münasibət bəsləyir.
Daha çox xəbər:
Ramzan Kadırov yenidən Çeçenistanın prezidenti seçildi
DünyaTürkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
Siyasət / Dünyaİlham Əliyev Ərdoğana zəng etdi
Gündəm / SiyasətTürkiyə Prezidenti Ayasofyanın ibadətə açılması barədə qərarı imzalayıb
SiyasətPrezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
Gündəm / İqtisadiyyat / Dünya