Gündəm / Cəmiyyət
27 dekabr 2021
92
MTRŞ bu kabel şəbəkə yayımçılarına lisenziya verdi - SİYAHI
Milli Televiziya və Radio Şurası (MTRŞ) 5 kabel şəbəkə yayımçısına müddətsiz lisenziya verilməsi ilə bağlı qərar qəbul edib.
Dekabrın 27-də MTRŞ-nin onlayn formatda iclası keçirilib.
İclasda kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb.
Şuranın müvafiq qərarları ilə "Beeonline" ASC-yə və "StarTelekom" MMC-yə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu kabel və internet olmaqla) üçün müddətsiz lisenziya, "ArtKom.Net" MMC-yə, "Real Telecom" MMC-yə və "Fast Net Technology" MMC-yə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) üçün müddətsiz lisenziya verilib.

Daha çox xəbər:

“Hər hansı kabel zədələnməyib” – İnternetlə bağlı rəsmi açıqlama
Cəmiyyət / Sosial
MEDİA və MTRŞ yeni qanun layihəsi ilə bağlı iddialara dair bəyanat yaydı
Gündəm / Cəmiyyət
Müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibələr onlayn keçiriləcək
Cəmiyyət / Təhsil
MTRŞ sədri televiziyaları TƏNQİD ETDİ
Gündəm / Cəmiyyət
31 mindən yuxarı vətəndaş problemli kreditlərlə bağlı kompensasiyasını alıb
Cəmiyyət