Gündəm / Siyasət
03 yanvar 2022
173
Abdulla Şahid Azərbaycanın daimi nümayəndəsinə təşəkkür etdi
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının peyvənd bərabərliyi qətnaməsini dəstəkləyib.
Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin adından qeyd edilən bəyanatda deyilir.
“Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur və Qoşulmama Hərəkatının Sədri kimi dünyanın hər yerində hər bir insan üçün təhlükəsiz, effektiv və əlçatan peyvənd təmin etmək üçün qlobal səylərdə liderlik rolunu davam etdirəcək. BMT Baş Assambleyasının 76-cı prezidentinin Yeni il qətnaməsinə qoşuluram. Mən peyvənd bərabərliyini dəstəkləyirəm”, - Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin tviterdəki hesabındakı paylaşımda yazılıb.
BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahid Azərbaycanın bu təşkilatdakı daimi nümayəndəsi Yaşar Əliyevə peyvənd bərabərliyi qətnaməsinə verdiyi dəstəyə görə təşəkkür edib.
“Səfir Yaşar Əliyev, peyvənd bərabərliyinə verdiyiniz dəstəyə görə təşəkkür edirəm”, - onun tviterdəki hesabında bildirilib.

Daha çox xəbər:

İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edir - VİDEO
Gündəm / Siyasət
İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edir - VİDEO
Gündəm
Sergey Lavrov: BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bağlı müzakirələr başlanır
Siyasət / Dünya
""Peyvənd millətçiliyi” narahatlıq doğurur” - İlham Əliyev
Gündəm / Siyasət
Ceyhun Bayramov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
Siyasət