Gündəm / İqtisadiyyat
06 yanvar 2022
67
Türkiyəli nazir Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışdı
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi sayəsində Çin və Avropa arasında dəmir yolu yük daşımalarında Orta Dəhlizdən səmərəli istifadə etmək mümkün olub.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu çərşənbə günü Ankaranın dəmir yolu vağzalında İslamabad - Tehran - İstanbul xəttiylə ilk yük qatarının qarşılanma mərasimində deyib.
Onun sözlərinə görə, indi Çindən Türkiyəyə 12 min kilometr uzunluğunda yolu 12 günə qət etmək olur.
Nazir əlavə edib ki, bu dəmir yolu xətti Türkiyənin 250 milyard dollarlıq ixracat hədəfinə çatmaqda öz töhfəsini verir.
Daha çox xəbər:
Bakı-Tbilisi-Qars dəmiryolu 1 milyonadək sərnişin daşınacaq
İqtisadiyyatAzərbaycan istehsalı olan daha bir məhsulun dəmir yolu ilə ixracına başlanılıb
Gündəm / İqtisadiyyatGüzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb
Gündəm / İqtisadiyyat / SosialPrezident İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq"
SiyasətPrezident Biləcəridə açılışda
Gündəm / Siyasət