Gündəm / Sosial
06 yanvar 2022
89
Horadiz əməliyyatı - 28 il
Azərbaycan Ordusunun ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21 yaşayış məntəqəsinin erməni işğalçılarından azad edilməsindən 28 il ötür.
Füzuli RİH-nin Mətbuat xidmətindən verilən məlumata görə, bu münasibətlə Horadiz şəhərində Qəhrəmanlar Parkında rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin, ərazidəki icra nümayəndələrinin “N” saylı hərbi hissənin zabit və əsgərlərinin, Qarabağ müharibəsi veteranlarının, Horadiz əməliyyatında iştirak edən keçmiş döyüşçülərin iştirakı ilə mərasim keçirilib.
RİH başçısı Alı Alıyev 1990-cı illərin əvvəllərində ölkədə yaranmış hərbi-siyasi vəziyyətdən, Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüzdən,ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində görülən işlərdən, Horadiz əməliyyatının əhəmiyyətindən danışıb. Bildirib ki, 1993-cü ilin oktyabrında tam işğala məruz qalan Füzuli rayonunun 21 yaşayış məntəqəsi Heydər Əliyevin qətiyyəti nəticəsində düşməndən azad edilib.
Tədbir iştirakçıları Birinci Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu, hərb tariximizin ən parlaq səhifələrindən birini təşkil etdiyini qeyd ediblər.
Daha çox xəbər:
DTX əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini andılar - FOTOLAR
Gündəm / CəmiyyətPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
İqtisadiyyatHadrutun işğaldan azad edilməsinin ildönümüdür
Gündəm / SiyasətMincivan qəsəbəsinin işğaldan azad olunmasından 1 il ötür
SiyasətCəbrayıl şəhərinin işğaldan azad olunmasından 1 il ötür
Gündəm / Siyasət