Gündəm / Cəmiyyət
07 yanvar 2022
42
2023-cü ildən qaz sayğacları avtomatik sıfırlanacaq
““Azəriqaz” İB-nin yeni sifariş etdiyi sayğaclarda limit sıfırlanmaları növbəti ildən etibarən avtomatik şəkildə mümkün olacaq”.
Bu barədə “Qafqazinfo”ya qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev məlumat verib. O qeyd edib ki, 2022-ci ildən başlayaraq “Gəncəcihazqayırma” zavoduna 10 min ədəd mexaniki tipli yeni sayğaclardan sifariş edilib:
“Yeni mexaniki sayğacların üstünə qurğu quraşdırılacaq. Bu sayğaclarda sərfiyyat mərkəzləşdirilmiş qaydada yoxlanılacaq. Sayğaclarda limit sıfırlanmaları növbəti ildən etibarən avtomatik şəkildə mümkün olacaq. Hazır olduqda həmin sayğacların effektivliyinə baxacağıq. Cihazlar “Azəriqaz İB”nin hesabına abonentlər üçün qoyulacaq. Sistem özünü doğrultsa, bundan sonra həmin sayğaclardan qoyulacaq. Yanvarın sonundan bu sistemi tətbiq etməyə başlayacağıq”.
Xatırladaq ki, “Azəriqaz İB” bu il qaz sayğaclarındakı limit sıfırlanması prosesinin yanvarın 10-a kimi davam edəcəyini bildirib. Bu isə vətəndaşlar arasında narazılığa səbəb olub. Onlar həmin müddətə qədər hesablanan sərfiyyatın dekabr ayına aid ediləcəyini, bununla da ziyan görəcəklərini deyirlər.
Daha çox xəbər:
Qaz sayğaclarına onlayn nəzarət tətbiq olunacaq
Gündəm / İqtisadiyyat / SosialMəktəblərə nəzarətin güclənməsi üçün yeni tələb qoyulacaq
TəhsilDollar satışına limit qoyulub? - AÇIQLAMA
Gündəm / CəmiyyətVətəndaşlara ŞAD XƏBƏR: Bu gündən bu sahədə ƏDV-ni geri almaq mümkün olacaq
Gündəm / Cəmiyyət"Alov qüllələri"nin qarşısında PARTLAYIŞ - Xəsarət alanlar var (YENİLƏNİB)
Gündəm / Hadisə