Gündəm / Cəmiyyət
08 yanvar 2022
18
Azərbaycan Ordusunda narkomaniyaya qarşı tədbirlər planı hazırlandı
Azərbaycan Ordusunda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2022-ci tədris ili üçün birgə tədbirlər planı hazırlanıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, plana əsasən ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində aparılan maarifləndirmə tədbirləri çərçivəsində Azərbaycan Ordusunun hərbi hissə və birləşmələri, xüsusi təyinatlı təhsil müəssisələrində seminar və görüşlərin keçirilməsi nəzərdə tutulub.
Tədbirlərdə cəmiyyət arasında gənclərin bu zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınması istiqamətində görülən işlər, Azərbaycan Ordusunda narkomaniyaya qarşı mübarizə tədbirləri, o cümlədən narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomaniyanın doğurduğu faciələr və digər mövzularla bağlı ətraflı məlumat veriləcək.
Keçiriləcək seminar və görüşlərdə hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılacaq.

Daha çox xəbər:

Azərbaycan Ordusunda silah və hərbi texnika yay istismar rejiminə keçirilir - VİDEO - FOTO
Gündəm
General-leytenant: “Azərbaycan Ordusunda kadr islahatları ilə bağlı yeni layihələr hazırlanır” - FOTO
Gündəm / Cəmiyyət
DİN əhaliyə xəbərdarlıq etdi
Gündəm
Evində narkotik yetişdirən Tovuz sakini saxlanıldı
Gündəm
Azərbaycan Ordusunda yeni qurumlar yaradılır - Zakir Həsənov AÇIQLADI
Gündəm / Siyasət