Gündəm / Hadisə
13 yanvar 2022
31
Şəhidin adına bulaq tikdirəcəyini deyib onları aldatı
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən Müharibəsi şədinə ehsan bulağı tikdirmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, şəhər sakini Anar Ağayev yaşadığı binanın sakinlərindən Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirəcəyini vəd edərək sakinlərin müxtəlif məbləğlərdə pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.
Saxlanılaraq istintaqa təhvil verən Anar Ağayev törətdiyi cinayət hadisəsini etiraf edərək əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərclədiyini bildirib.
Hazırda həmin şəxs barəsində araşdırmalar davam etdirilir.
Daha çox xəbər:
Ağstafada iki nəfəri bıçaqlayan şəxs saxlanılıb
HadisəPolis 60 kq narkotiki ələ keçirdi
GündəmCinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
Gündəm / HadisəSabirabadda qadın gözətçini qətlə yetirən şəxs polis imiş - YENİLƏNİB
Gündəm / HadisəPaytaxtda quldurluq edən şəxs saxlanılıb
Gündəm / Hadisə