Gündəm / Sosial
17 yanvar 2022
55
İşsizlər sığorta ödənişini bu müddətdə alacaq
Prezident İlham Əliyev "İşsizlikdən sığorta haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.
Qanunun 2.0.6-cı maddədə "hal” sözü "nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları” sözləri ilə əvəz edilib. 13.2.1-ci və 13.2.2-ci maddələrdə "işsizliyin başlanmasından” sözləri "sığorta hadisəsinin baş verdiyi tarixdən” sözləri ilə əvəz edilib.
Belə ki, əmək müqaviləsinin müddəti qurtardıqda işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 30 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslər qanunda nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində sığorta haqqı alacaqlar.
Sığorta ödənişi almış şəxsə qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 30 ay sığorta stajı tələb olunur.
14.2-ci maddədən isə "Məşğulluq haqqında” qanun ilə müəyyən olunmuş qaydada” sözləri çıxarılıb və həmin maddədə hər iki halda "işsiz kimi qeydiyyata alınmasından” sözləri "sığorta hadisəsinin baş verdiyi tarixdən” sözləri ilə əvəz edilib.

Daha çox xəbər:

İşləyən pensiyaçılar işsizlikdən sığorta haqqı ödəyəcək?
Gündəm / Cəmiyyət
Milli Məclis işsiz şəxslərə güzəşt edilməsinə dair sənədi təsdiqlədi
İqtisadiyyat / Sosial
Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlanıb
Gündəm / Cəmiyyət / Sosial
Kişilərin və qadınların pensiya yaşı açıqlandı
Gündəm / Şou
İlham Əliyev bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
Gündəm / Siyasət