Gündəm / Dünya
18 yanvar 2022
26
Rusiyada əcnəbilər üçün uşaq dünyaya gətirmək qadağan oluna bilər
Rusiya Dövlət Duması surroqat analarının əcnəbilər üçün uşaq dünyaya gətirməsini qadağan etmək istəyir. Bu barədə qanun layihəsinin fevral ayında qəbul ediləcəyi düşünülür.
Layihədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiyada surroqat anadan istifadəsinə qadağa qoyulması təklif edilir. Bundan əlavə, bu qadağaya kimi surroqat ana tərəfindən doğulan və ya tərbiyə olunan uşaqlar məcburi Rusiya vətəndaşlığını almalıdırlar.
Qeyd edək ki, Rusiya surroqat analığın mümkün olduğu ölkələrdən biridir. Almaniya, Avstriya, İtaliya, Fransa, İsveçrə və Baltikyanı ölkələrdə bu qadağandır.
Böyük Britaniyada ancaq pulsuz əsaslarla mövcuddur, yəni uşağa bir əmtəə kimi münasibət istisna olunur.
Mənbə: İzvestiya

Daha çox xəbər:

Rusiyada da plastik qablardan istifadə qadağan ediləcək
İqtisadiyyat
Bu şəxslərin Azərbaycana giriş-çıxışına icazə VERİLDİ - RƏSMİ
Gündəm / Cəmiyyət
Uşaq, tələbə və hamilələr üçün icbari tibbi sığorta pulsuz olacaq
Səhiyyə
Baş nazirdən xaricdə təhsillə bağlı QƏRAR
Gündəm / Cəmiyyət
Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan olunur
Gündəm / Dünya