Gündəm / Cəmiyyət
20 yanvar 2022
35
DTX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin rəhbər heyəti 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.
Millitv.az DTX-nin saytına istinadla xəbər verir ki, şəhidlərin məzarı üzərinə tər qərənfillər düzülüb, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsi dərin hüznlə yad olunub.
Sonra Xidmətin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Şəhidlər xiyabanında dəfn edilən təhlükəsizlik orqanları əməkdaşlarının da əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.



Daha çox xəbər:

Zakir Həsənov İkinci Şəhidlər xiyabanını ziyarət etdi
Gündəm / Siyasət
DTX əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini andılar - FOTOLAR
Gündəm / Cəmiyyət
İlham Əliyev və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
Gündəm / Siyasət
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTO
Cəmiyyət
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər
Gündəm