Gündəm / Hadisə
21 yanvar 2022
50
Əfqan Nağıyevin qardaşına HÖKM OXUNDU
Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Əfqan Nağıyevin həbsdə olan qardaşı Elxan Nağıyevin cəza müddəti uzadılıb.
Millitv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi onun barəsində yeni hökm çıxarıb. Hökmə əsasən, E.Nağıyev 9 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Elxan Nağıyev özü də DSX-də vəzifəli şəxs olub. İttihama görə, polkovnik-leytenant E.Nağıyev “Sərhədçi” İdman Kompleksinin rəis müavini vəzifəsində çalışarkən adamları işə düzəltmək, birgə biznes qurmaq adıyla aldadıb. Dələduzluq ittihamı ilə 2020-ci ilin noyabrında 6 il həbs cəzası alıb. 2021-ci ilin fevralında yeni şikayətlər əsasında ona qarşı yenidən cinayət işi başlanıb.
Qeyd edək ki, Əfqan Nağıyev özü də 2020-ci ilin mayında həbs edilib. O, Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları üçün balıqçılardan rüşvət almaqda ittiham olunub. Lakin general Nağıyev həbsindən 3 ay sonra azadlığa buraxılıb və cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Daha çox xəbər:

DSX-nin vəzifəli şəxslərinin həbs müddəti artırıldı
Gündəm / Cəmiyyət
DSX-nin 6 zabiti barəsində həbs qətimkan tədbiri seçilib - RƏSMİ
Siyasət / Hadisə
“Sədərək”də yeni axunda etiraz edən şəxs HƏBS EDİLDİ
Gündəm / Hadisə
DSX-də keçirilən əməliyyatla bağlı rəsmi məlumat - VİDEO
Siyasət / Hadisə
Azərbaycanda həbsə düşən generallar... - Fotolar
Gündəm / Siyasət