Gündəm / Cəmiyyət
24 yanvar 2022
16
Daha 16 nəfər toylara görə cərimələndi
22-23 yanvar tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 736 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-dən verilən məlumata görə, monitorinq 721 şadlıq sarayında, 15 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 obyekt sahibi (restoran) barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib;
- 268 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Daha çox xəbər:

Vergi Xidmətindən toylarla bağlı AÇIQLAMA
Gündəm / İqtisadiyyat
Karantin rejimini pozanlar üçün cərimələr artırılır
Gündəm
Taksi sürücülərinin vaksin pasportu belə yoxlanılacaq - Rəsmi
Gündəm / Cəmiyyət
Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?
Gündəm / Hadisə
Azərbaycanda 51 COVID-19 xəstəsi barəsində cinayət işi başlanıldı
Səhiyyə