Gündəm / Cəmiyyət
27 yanvar 2022
21
ETSN yanında Məktəblilərin İctimai Şurası yaradılır
Ekoloji mədəniyyətin və sağlam ekoloji mühitin formalaşmasında, ətraf mühitin mühafizəsi prosesində məktəblilərin aktiv iştirakını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında “Məktəblilərin İctimai Şurası” yaradılır.
Nazirlik təbiəti sevən, ətraf mühitin qayğısına qalan, təşəbbüskar, parlaq ideyalı və liderlik bacarıqlarına malik məktəbliləri Şuraya üzv olmağa dəvət edir.
Şuraya üzv olmaq istəyənlər sənədlərini (namizədlik barədə müraciət; şəxsiyyət vəsiqəsinin surəti; tərcümeyi-hal) 28 fevral 2022-ci il tarixinədək [email protected] poçt ünvanına təqdim edilə bilərlər.
“Məktəblilərin İctimai Şurası”na üzvlük barədə elan Nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib.
http://eco.gov.az/az/nazirlik/elan?newsID=13807

Daha çox xəbər:

Nazirlik ictimai dinləmə keçirəcək
Gündəm / Cəmiyyət
Məktəblilərin yay tətili ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA
Cəmiyyət / Təhsil
Azərbaycanda məktəblilərin tətil günlərində dəyişiklik edildi
Cəmiyyət
İki nazirin müraciəti əsasında Tarif Şurası qiymətləri ARTIRDI
Gündəm / Cəmiyyət
Azərbaycanda yeni standart qəbul edildi: Enerjiyə və suya qənaət ediləcək - RƏSMİ
Gündəm / Cəmiyyət