Gündəm / Hadisə
27 yanvar 2022
28
Hafiz Məmmədovla bağlı həbs qərarı VERİLDİ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildiriblər.
Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.
Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Daha çox xəbər:

Küllli miqdarda dələduzluq edən şirkət rəhbəri həbs edildi
Gündəm / Cəmiyyət / Hadisə
Bakıda oğlunu və gəlinini baltalayan şəxs barəsində həbs qətimkan tədbiri seçildi
Gündəm / Hadisə
Şamaxıda arvadını öldürmək istəyən şəxs həbs edildi
Hadisə
Vidadi Muradovun 30,6 milyon manatlıq əmlakına HƏBS QOYULDU
Gündəm / Cəmiyyət
Bakıda bələdiyyənin vəzifəli şəxsi rüşvət alanda tutuldu
Gündəm