Gündəm / Cəmiyyət
02 fevral 2022
24
Sınaq imtahanlarına qeydiyyat başa çatır
Qəbul imtahanlarının II mərhələsi üzrə keçiriləcək sınaq imtahanına qeydiyyat bu gün başa çatır İmtahana yazılış 2 fevral saat 23:59-dək aparılacaq.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.
İmtahanlar fevralın 13-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Fevralın 20-də keçiriləcək coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı, Naxçıvan, Gəncə və Lənkəranda olacaq.
Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ yüklənilir.
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərsiniz.

Daha çox xəbər:

Bu gün imtahan var
Cəmiyyət
DİM sədri: “Sentyabrdan onlayn sınaq imtahanları keçiriləcək”
Təhsil
DİM bu gün 15 rayon və şəhərdə imtahan keçirəcək
Gündəm / Cəmiyyət
Buraxılış imtahanlarında iştirak edə bilməyənlərin NƏZƏRİNƏ
Gündəm / Cəmiyyət
İmtahana mobil telefon gətirənlər, köçürənlər xaric olunub - DİM
Təhsil