Gündəm / Hadisə
02 fevral 2022
34
Ermənilərin müharibə dövründə atdığı kasetli bomba partladı - Ölən var

Yevlax rayonunda Vətən Müharibəsi dövründə ermənilərin atdığı kasetli bomba qalığının partlaması faciəyə səbəb olub.
Hadisə rayonun Aran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov qəsəbənin otlaq sahəsində qoyun otararkən ərazidəki şübhəli əşyaya toxunub. Nəticədə həmin əşya partlayıb və o aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə dərhal polis və prokurorluq orqanlarının əməkdaşları gələrək hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə tibb ekspertizası keçirilib.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda cinayət işi başlanıb.(trend)

Daha çox xəbər:

Azərbaycanda dəhşətli hadisə - 2 yaşlı uşağı başına vura-vura öldürdülər
Gündəm
Kürdəmirdəki qətllə bağlı cinayət işi başlanıldı
Gündəm / Hadisə
Multimedia Füzulinin işğaldan azad olunan ərazisində iki qardaş minaya düşüb, ölən var
Gündəm / Hadisə
Azərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var
Hadisə
Bakıda 24 yaşlı qız əməliyyat masasında öldü
Gündəm / Hadisə