Gündəm / Hadisə
12 fevral 2022
76
Bakıda taksi sürücüsü 3 məktəbli qıza seksual hərəkətlər etdi - Polis işə qarışdı
Bakıda 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər edən taksi sürücüsü saxlanılıb.
Milliinfo.az bildirir ki, Xəzər rayonu Şağan qəsəbəsində yaşayan 3 ailə qızlarını məktəbə aparıb-gətirməsi üçün taksi sürücüsü ilə anlaşıblar.
Bir müddət öncə hər üç qızın valideynləri polisə müraciət edərək bildiriblər ki, 54 yaşlı həmin şəxs 2021-ci il fevral ayından etibarən onların 8, 9 və 12 yaşlı qızlarına qarşı mütəmadi olaraq seksual xarakterli hərəkətlər edib.
Araşdırma zamanı şikayətdə qeyd edilən əməlin törədildiyinə şübhə yarandığı üçün Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisəni törətməkdə ittiham edilən şəxs artıq saxlanılıb.
İstintaq davam etdirilir.

Daha çox xəbər:

Bakıda iki yeniyetmə qardaşa qarşı İYRƏNC HƏRƏKƏT
Hadisə
Azərbaycanda 62 yaşlı məktəb direktorundan 6-cı sinif şagirdinə qarşı iyrənc hərəkət
Hadisə
Bakıda azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs HƏBS EDİLDİ
Hadisə
Qonşusunun 12 yaşlı qızına əxlaqsızlıq edəni doğulduğuna peşman etdilər - VİDEO
Hadisə
21 yaşlı oğlan 8 yaşlı qonşusuna təcavüz etdi və... - Azərbaycanda dəhşət
Hadisə