Gündəm / Cəmiyyət
17 fevral 2022
37
“16 fevral diqqəti yayındırmaq üçün idi, hücum 20-si olacaq” - Məşhur nəşr
“Rusiya hərbçiləri Ukraynaya fevralın 20-si hücum edə bilər”.
Bu barədə məlumatı Amerikanın “Politico” qəzeti yayıb.
Nəşr yazır ki, Rusiyanın Ukraynaya hücum edəcəyi digər tarix, yəni 16 fevral diqqəti əsas tarixdən yayındırmaq üçün deyilib.
Bildirilir ki, diqqətdə saxlanılması lazım olan dövr fevralın 20-dən sonra baş verəcək hadisələrdir. Belə ki, 16 fevralla bağlı narahatlıq diqqəti əsas tarixlərdən yayındırıb.
Ekspertlərin fikrincə, fevralın 20-si Belarusda Rusiya ilə birgə keçirilən hərbi təlimlər yekunlaşacaq və Moskvanın bundan sonrakı fəaliyyəti onun əsl motivlərini anlamağa imkan verəcək. Bundan əlavə, məhz fevralın 20-si Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Münhen Təhlükəsizlik Konfransı başa çatacaq.
Qeyd edək ki, “Politico” nəşri daha əvvəl Rusiyanın fevralın 16-sı Ukraynaya hücum edəcəyini yazmışdı.
Daha çox xəbər:
Rusiya təlim bəhanəsi ilə şimaldan hücum edəcək
Gündəm / DünyaEstoniya kəşfiyyatı Rusiyanın Ukraynaya “işğal”ı üçün yeni tarix təyin etdi
Gündəm / DünyaƏrdoğan bu gün Ukraynaya gedir
Gündəm / Dünya"Rusiya yanvarda hücuma hazırlaşır" - General
Gündəm / SiyasətRusiyanı ciddi sanksiyalar və NATO təhlükəsi gözləyir
Gündəm / Cəmiyyət