Gündəm / Hadisə
23 fevral 2022
28
Azərbaycanlı biznesmenin evinə qumbara atıldı - Həyat yoldaşı və özü...

Gürcüstanın Laqodexi bələdiyyəsinin Qabal kəndində Camal Niyazovun evinin həyətinə əl qumbarası atılıb.
Milliinfo.az "Report"a istinadən xəbər verir ki, C.Niyazov həyat yoldaşı ilə birgə evdə olsa da, xəsarət almayıblar.
Hadisə nəticəsində evin divar və pəncərələri zədələnib. Hazırda şahidlər dindirilir, hadisə yerində istintaq tədbirləri həyata keçirilir.
C.Niyazov iş adamıdır. O, Qabal kəndinin keçmiş səlahiyyətlisidir.
Yerli mətbuatın yaydığı mlumata əsasən, C.Niyazovun oğlu Amil Niyazov 2021-ci ilin oktyabrında Qabalda analoji insidentdən sonra axtarışa verilib. O, Laqodexi bələdiyyəsinin üzvü olub.

Daha çox xəbər:

Müğənni Xəyyam Nisanovun həyat yoldaşı
Şou
Keçmiş arvadını qətlə yetirən azərbaycanlı 20 illik həbs olundu
Hadisə
Aparıcı Vaqifin keçmiş həyat yoldaşı Samirə TANINMAZ HALDA - VİDEO
Şou
Azərbaycanda tanınmış bəstəkarın həyat yoldaşı vəfat etdi - FOTO
Gündəm / Mədəniyyət
Həyat yoldaşı sabiq nazir müavinini məhkəməyə verdi
Cəmiyyət