Gündəm / İdman
25 fevral 2022
25
Çempionlar Liqasının finalı Rusiyadan ALINDI
UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq, Fransanın paytaxtı Parisə verilib.
"The New York Times" nəşri xəbər verir ki, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib.
Oyun mayın 28-də Rusiyanın energetika nəhəngi, UEFA-nın iri sponsoru "Qazprom"un vəsaiti hesabına tikilmiş eyniadlı arenada deyil, "Stad de Frans"da təşkil olunacaq.
Beləliklə, Fransa 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.