Gündəm / Siyasət
26 fevral 2022
29
Mehriban Əliyevadan Xalq artistinin vəfatı ilə bağlı PAYLAŞIM

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq, kiçikdən böyüyə hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun bəstələdiyi gözəl mahnılar məharətlə ifa etdiyi muğamlarla birgə milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Əlibaba Məmmədovun xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".


Daha çox xəbər:

Əlibaba Məmmədovun oğlu vəfat etdi
Gündəm / Mədəniyyət
Mehriban Əliyevadan Milli Musiqi Günü ilə bağlı PAYLAŞIM
Gündəm / Şou
Mehriban Əliyevadan şəhidlərlə bağlı PAYLAŞIM
Gündəm / Cəmiyyət
İlham Əliyev nekroloq İMZALADI
Gündəm / Şou
Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım ETDİ
Gündəm / Siyasət