Gündəm / Siyasət
03 mart 2022
29
“Dünyada İçərişəhərə bənzəri olan ikinci yer yoxdur” - İlham Əliyev
“İçərişəhər bizim milli sərvətimizdir, dünya memarlıq tarixinin möhtəşəm abidəsidir, Azərbaycan xalqının istedadının bariz nümunəsidir. Əsrlər boyu Azərbaycan xalqı İçərişəhəri, onun içində olan tarixi abidələri qoruyub və bundan sonra da əsrlər boyu qoruyacaq”.
Bunu Prezident İlham Əliyev Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, İçərişəhərin hər bir küçəsi, hər bir tini, hər bir daşı qiymətlidir, tarixi əhəmiyyət kəsb edir:
“Qala divarları, Qız qalası, Şirvanşahlar sarayı, məscidlər, karvansaralar, muzeylər, digər tarixi abidələr qürur mənbəyimizdir. Dünyada İçərişəhərə bənzəri olan ikinci yer yoxdur. Düzdür, dünyanın bir neçə ölkəsində köhnə şəhər məhəllələri vardır, onların bir neçəsində mən olmuşam. Amma tam əminliklə deyə bilərəm ki, İçərişəhər kimi ikinci məkan, ikinci yer dünyada yoxdur. Bu, bizim tarixi irsimizdir, biz İçərişəhəri göz bəbəyimiz kimi qorumalıyıq və əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz”.
Daha çox xəbər:
Memar: "Quraşdırılan hər hansı konstruksiyalar Qala divarlarından hündür olmamalıdır"
CəmiyyətPrezident Şahin Seyidzadəni videoformatda qəbul etdi
Gündəm / SiyasətPrezident deputatı sədr TƏYİN ETDİ - FOTO
Gündəm / SiyasətMəktəblilər üçün şad xəbər: mayın 18-dək pulsuz olacaq
TəhsilBirinci vitse-prezident Mehriban Əliyeva: "Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq" - FOTO
İqtisadiyyat