Gündəm / Siyasət
05 mart 2022
33
“Ukraynada vəziyyət narahatlıq yaradır" - Ceyhun Bayramov
“Ukraynada vəziyyət narahatlıq yaradır, görüşdə bu məsələ də müzakirə olundu”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Azərbaycan və Türkiyə bu məsələdə çox məsuliyyətli mövqe sərgiləyir:
“Rusiya və Ukrayna prezidentləri ilə aparılan danışıqlar, sülhə çağırışlar buna nümunədir. Azərbaycan məsələlərin danışıqlar yolu ilə həllinə çağırır. İnanırıq ki, danışıqlarda nəticələr əldə oluna bilər. Bu gün Rusiya və Ukrayna arasında humanitar sahədə razılıq əldə olunub”.
C.Bayramov qeyd edib ki, Azərbaycan və Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi ilə məşğuldur: “Səfirliklər və konsulluqlarımız qarşılıqlı çalışırlar. Diplomatik missiyalarımız Azərbaycan və Türkiyə vətəndaşları arasında fərq qoymur”.
Daha çox xəbər:
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
Gündəm / SiyasətTürkiyə XİN başçısı Ceyhun Bayramovu təbrik edib
Gündəm / SiyasətCeyhun Bayramov Çavuşoğlu ilə danışdı
Gündəm / SiyasətCeyhun Bayramov Dmitri Kuleba ilə görüşdü
Gündəm / CəmiyyətCeyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşdü
Siyasət