Gündəm / Hadisə
10 mart 2022
24
Elşad Abdullayevin bacısı oğlu axtarışa verildi - FOTO

Rusiyada fəaliyyət göstərən diaspor rəhbəri Araz Mürsəliyev axtarışa verilib.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında məlumat yerləşdirilib.
Bildirilib ki, Mürsəliyev Araz Oqtay oğlu Cinayət Məcəlləsinin 311.3.2 (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 322-ci (özbaşınalıq) maddələri ilə təqsirləndirilir.
Onun barəsində məhkəmə qərarı ilə axtarış elan edilib.
Qeyd edək ki, Araz Mürsəliyev Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva vilayəti üzrə katibi olub. O, 2015-ci ildə Rusiya Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsinin Ekspertlər Şurasının üzvü seçilib.
Xatırladaq ki, Araz Mürsəliyev Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin bacısı oğludur.


Daha çox xəbər:

DİQQƏT! Bu azərbaycanlı qadınlar axtarışa verildi - SİYAHIDA GÖRÜN KIMLƏR VAR
Gündəm / Cəmiyyət
Azərbaycanda vəzifəli şəxslər həbs edilib
Gündəm / Hadisə
Azərbaycanda daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı - RƏSMİ
Gündəm / Hadisə
Azərbaycan onu beynəlxalq axtarışa verdi
Gündəm / Hadisə
Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən HƏBS EDİLDİ
Gündəm / Hadisə