Gündəm / İqtisadiyyat
24 mart 2022
35
Azərbaycan neftinin qiyməti 125 dolları ötüb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
Azərbaycan neftinin 1 barelinin qiyməti 6,26 ABŞ dolları və ya 5,2% artaraq 125,57 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.
