Gündəm / Siyasət
24 mart 2022
39
İlham Əliyev Yunanıstan Prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuluya təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.
Ümidvaram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan ilə Yunanıstan arasındakı münasibətlərin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq və rifah arzulayıram".
Daha çox xəbər:
İlham Əliyev Tunis Prezidentini təbrik etdi
Gündəm / DünyaPrezident İlham Əliyev israilli həmkarını təbrik edib
Siyasətİlham Əliyev Kamboca kralına məktub göndərdi
Gündəm / SiyasətPrezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib
Siyasət / Dünyaİlham Əliyev iranlı həmkarını təbrik etdi
Gündəm / Cəmiyyət