Gündəm / Cəmiyyət
28 mart 2022
20
Ayaz Mütəllibovun dəfn olunacağı yer AÇIQLANDI - YENİLƏNİB
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Birinci Fəxri xiyabanda dəfn olunacaq.
Bu barədə APA-ya Ayaz Mütəllibovun sabiq köməkçisi Anar Ağayev məlumat verib.
10:36
Ötən gecə dünyasını dəyişən eks-prezident Ayaz Mütəllibovun dəfn mərasiminə hazırlıq prosesi başlayıb.
Bu barədə Bizim.Media-ya Mütəllibovun köməkçisi Qulu Həsənoğlu məlumat verib.
Onun sözlərinə görə, eks-prezidentin nəşi Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə “Heydər” məscidinə aparılıb:
“Sağ olsun dövlətimiz, Ayaz müəllimin dəfn mərasimini nəzarətinə götürüb. Cənazəni “Heydər” məscidinə apardıq. Bakı Şəhər İcra Hakimiyyətindən də nümayəndələr gəlmişdi. Eks-prezidentin harada dəfn olunacağı barədə hələlik məlumatsızam”.
Xatırladaq ki, 84 yaşında dünyasını dəyişən Ayaz Mütəllibov uzun müddətdir ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi.
Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.
O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra 1992-ci il martın 6-da istefa verib.

Daha çox xəbər:

Ayaz Mütəllibov vəfat ETDİ
Gündəm / Siyasət
Ayaz Mütəllibov nitq qabiliyyətini itirdi
Gündəm / Cəmiyyət
Prezident və xanımı Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərdi
Gündəm / Siyasət
Fəttah Heydərov I Fəxri Xiyabanda dəfn olundu
Cəmiyyət / Hadisə
Yaqub Zurufçu dəfn olundu
Gündəm / Mədəniyyət