Gündəm / Dünya
29 mart 2022
20
Sülhməramlılar postları Azərbaycana təhvil verir - Pritçin
Bəzi məlumatlara görə, Qarabağda Rusiyanın sülhməramlı kontingentinin müəyyən qədər azalması müşahidə olunur. Rusiya Federasiyasının Müdafiə Nazirliyindən bu barədə rəsmi məlumat yoxdur. Məsələ burasındadır ki, əgər sülhməramlı kontingent haqqında məlumatlar düzgündürsə, bu vəziyyətdə blokpostların sayı azalır. Rus əsgərləri bəzi postları tərk edib gedir, Azərbaycan Ordusu isə avtomatik olaraq həmin nöqtələri öz nəzarətinə götürür.
Milliinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, Rusiya Elimlər Akademiyasının üzvü Stanislav Pritçin bölüşüb.
"Bu vəziyyət Ermənistan tərəfinin narahatlığına səbəb olub. Onlar hazırda beynəlxalq ictimayətin bu məsələyə diqqət cəlb etməsinə çalışır. Qarabağla bağlı informasiya kampaniyası da məhz bununla izah olunur. Lakin hazırda regionda vəziyyətin gərginləşməsi üçün heç bir əsas yoxdur", - deyə ekspert bildirib.

Daha çox xəbər:

"Biz Rusiya sülhməramlı kontingentinin varlığını göstəririk" - Aleksandr Ripski
Gündəm / Cəmiyyət
Sülhməramlılar Qarabağda 1500-dən çox ermənini içməli su ilə təmin edib
Cəmiyyət
Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA
Gündəm / Cəmiyyət
“Sülhməramlıların “fəaliyyəti” antiterror əməliyyatlarına əsas yaradır” - FAKT BUDUR!
Gündəm / Siyasət
Rus sülhməramlıları Qarabağ ermənilərinin su problemini həll edir
Gündəm / Cəmiyyət