Gündəm / Cəmiyyət
29 mart 2022
27
Şöbə müdiri: “Məktəblər yeni forma ilə bağlı rəng seçimi etməlidirlər” - FOTO
“Yeni məktəb formaları Nazirlər Kabinetinin qərarına əsasən növbəti təhsil ilindən qüvvəyə minəcək. Məktəblərdə pedaqoji şura Nazirlər Kabinetinin qərarında qeyd edilən əlavələrə müvafiq olaraq müxtəlif rəng seçimləri üzrə müvafiq seçimlərini təqdim etməlidirlər”
Bu sözləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında Təhsil Nazirliyinin Şöbə müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, məktəb geyim formalarını sifariş vermir:
“Məktəblər qərar verir ki, orada təhsil alan şagirdlər hansı rəng çalarlarında olan məktəbli formasını geyinəcək. Heç bir məktəb forma sifariş vermir. Daha sonra isə valideynlər bazardan həmin geyim formalarını əldə edirlər”.
Qeyd edək ki, hər məktəb təklif edilən 4 rəng çalarlarından birini seçəcək.
Daha çox xəbər:
Məktəbli formasının bazarı "bağlanıb" - Valideynlər artıq xərcə düşmək istəmirlər
Gündəm / CəmiyyətBu gündən Azərbaycanda məktəblər açılır
Gündəm / CəmiyyətBu gündən məktəbəhazırlıq qruplarında təhsil alanlar üçün məktəb seçimi başlayır
Gündəm / CəmiyyətMəktəb ləvazimatlarının satışı üçün yarmarkalar təşkil oluna bilər
İqtisadiyyatMəktəb ləvazimatlarının satışı üçün yarmarkalar təşkil oluna bilər
İqtisadiyyat